Şirkət: “Vəlioğlu-2018” MMC Vakansiya: İşə Qəbul üzrə Mütəxəssis İş Yeri: Bakı, Binəqədi rayon, Ziya Bunyadov 13, İş rejimi: I-VI günlər İş vaxtı: 09:00-18:00 Əmək haqqı: Razılaşma yolu ilə İş Təsviri: Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması; İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi; Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək; Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi; Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq; Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s. İşçi işə başlayarkən görülən işlərin koordinasiyası; İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər. Tələblər: İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır) Təhsil: Ali AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq; Dil bilikləri: Azərbaycan dili əla, Rus dili və İngilis dili arzu olunandır; Kompüter bacarıqları: MS Office proqramları; Yüksək ünsiyyət və komandada işləmək bacarığı. Çalışmaq arzusunda olan şəxslər elektron poçtun "mövzu" yerinə "İşə Qəbul üzrə mütəxəssis" qeyd etməklə CV-lərini[email protected]ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb