Şənbə, 10 May, 2025

İşə qəbul üzrə mütəxəssis (Recruiter) vakansiyası


  • | Dərc edildi: 26 May, 2021 - 09:41
İşə qəbul üzrə mütəxəssis (Recruiter) vakansiyası

İşə qəbul üzrə mütəxəssis (Recruiter) İŞ BARƏDƏ MƏLUMAT: • İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müvafiq müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsabiqə komissiyalarının formalaşdırılmasında iştirak etmək; • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi; • Vakant ştat vahidləri üçün işçi axtarılması, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək; • Əmək bazarını araşdırmaq, işəgötürənin əmək bazarında prestijinin artırılması üçün tədbirlər təşkil etmək; • Kadr məsələlərini həll etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələrin formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək; • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi; • Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylərin alınması; • Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.; • İşçi işə başlayarkən görülən işlərin koordinasiyası; • İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi; • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması; • İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərini müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək; • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi; • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər; NAMİZƏDƏ TƏLƏBLƏR: • Təhsil: Ali (bakalavr) • İş təcrübəsi: 3 - 5 il • AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq; • Dil bilikləri: Azərbaycan dili, Rus dili - səlis, İngilis - arzuolunandır; • Kompüter bacarıqları: MS Office proqramları; • Yüksək ünsiyyət və komandada işləmək bacarığı; • İşi planlaşdırma və təşkil etmə bacarığı; • Liderlik bacarığı; • İdarəetmə və kommunikasiya bacarığı; • Vaxt idarəetmə bacarığı; • Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı; • Stressə davamlılıq bacarığı; • Müsahibə bacarığı; • Tədqiqatçılıq bacarığı; • Ünsiyyət bacarığı; • Yaş 23-35 Əlavə məlumat • Nahar şirkət tərəfindən təmin olunur; • İş saatı: həftənin I-VI günləri CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək[email protected]ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...