Bazar, 11 May, 2025

İnsan resursları üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 22 Sentyabr, 2021 - 12:30
İnsan resursları üzrə mütəxəssis vakansiyası

İnsan resursları üzrə mütəxəssis Vəzifə öhdəlikləri: • İşçi ehtiyacının təmin edilməsi, vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi, CV incələmə, vakansiyalara uyğun namizədlərin axtarışı, seçimi və ilkin müsahibələrin təşkil edilməsi; •Əməkdaşların adaptasiyası prosesinin təşkili; •İnsan resurslarına aid daxili əmrlərin (işə qəbul, xitam, vəzifə dəyişikliyi,ezamiyyət, məzuniyyət, mükafat, əmək haqqı artımı, intizam tənbehi və s.,)hazırlanması və icrasına nəzarət etmək; •İşçilərin əmək müqaviləsi, vəzifə təlimatları, tam maddi məsuliyyət müqaviləsi, məxfiliyin qorunması haqqında müqavilə, daxili intizam qaydaları və müvafiq prosedurlar ilə tanış olmasını təmin etmək; • İşçilərin şəxsi işlərini aparmaq,formalaşdırmaq; • Əməkdaşlar üçün əmək haqqı kartları,əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlamaq; • Elektron hökümət Portalına əmək müqaviləsi bildirişlərini daxil etmək; • İşçilərə məzuniyyətlərin verilməsinin üçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsini icra etmək, son haqq hesabların, kompensasiyaların hesablanması; • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi; • Xidməti müqavilələrin hazırlanması, əlavələrin edilməsi; • Əmək haqqı hesablaması üçün Maliyyə departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi; • İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması • İşə davamiyyət prosedurunun tənzimlənməsi.işçilərin gündəlik və aylıq davamiyyətinin izlənilməsi, rəhbərə məlumat verilməsi və ayın sonu davamiyyət tabellərinin hazırlanaraq maliyyə departamentinə təqdim edilməsi. İş qrafiki: • Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək • İstirahət günü – Şənbə və Bazar günləri • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək Namizədə tələblər: • Ali təhsil • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək • Ofis proqramları ilə işləmə bacarığı. • 1C proqramında işləmək bacarığı • E-gov Elektron Hökumət Portalında işləyə bilmək • Azərbaycan dilini mükəmməl bilməli, ingilis dilinə üstünlük verilir; • Ünsiyyət qurma bacarığı; • Problemləri həll etmə bacarığı • Stresə davamlılıq • İnformasiyanın təhlili və analiz etmək bacarığı • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti; • İnsan resursları sahəsində azı 2-3 il təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi olmağı üstünlükdür) Maraqlanan şəxslər CV formalarını mövzu yerində ”İnsan resursları üzrə mütəxəssis” qeyd edərək[email protected]ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...