Bazar, 11 May, 2025

İbtidai sinif üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!


  • | Dərc edildi: 20 May, 2022 - 14:23
İbtidai sinif üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!

ARTİ MİQ və Sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir. Budəfəki seminar ibtidai sinif müəllimləri və ibtidai sinif üzrə müəllim olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. 25 may 2022-ci il tarixində saat 15:00-da əyani şəkildə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər: https://forms.gle/FHwWCBC8ToaUEGc49 Müraciət üçün son tarix: 24 may 2022-ci il Seminar ARTİ MDPİM-də keçiriləcək və 2 saat davam edəcək. Müraciətlərin çoxluğunu və yer məhdudiyyətini nəzərə alaraq bildiririk ki, qeydiyyatdan keçmiş ilk 100 nəfər iştirak hüququ qazanacaq. Digər şəxslər növbəti həftələrdə elan olunacaq link vasitəsilə qeydiyyatdan keçməklə seminarlarda iştirak edə biləcəklər. Qeyd edək ki, seminarların həftə ərzində bir neçə dəfə olmaqla mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...