Ritual Mobil Teatr Laboratoriyası 4 günlük həyata keçiriləcək “Gənc Sosial İşçilər üçün İncəsənət Akademiyası” layihəsi çərçivəsində təlimlərə qəbul başlamışdır!
Layihə Bakıda yaşayan 18-30 yaş aralığında olan sosial iş sahəsində təhsil alan gənclərin təcrübələrini artırmaq məqsədi daşıyır. Layihəyə seçilən iştirakçılar uşaq rifahı və hüquqları, etik prinsiplər, uşaqlarla incəsənət texnikaları ( kölgə teatr, oyuncaq hazırlanması, hekayə söyləmə, yaradıcı düşüncə bacarıqları ) mövzularında lazım olan bacarıqlarla təmin olunacaqlar. Əlavə olaraq, layihə iştirakçıları incəsənət akademiyası çərçivəsində geniş imkanlar əldə edəcəklər. Təlimlər 18,19, 30 iyun və 1 iyul tarixlərində 4 gün olmaqla həm nəzəri, həm də praktiki əsaslarla təşkil olunacaqdır.
18-30 yaş aralığında olan sosial iş ixtisasında təhsil almış tələbə, məzun və gənclər iştirak üçün müraciət edə bilər.
Təlimlər Azərbaycan dilində keçiriləcək və təlimlərdə iştirak ödənişsizdir.
Müraciət üçün son tarix: 16 iyun 2022
Layihə ilə bağlı hər hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlayın:
Mobil: +994515142479
Məkan: Baku Community Space, SAT plaza, 7-сi mərtəbə. Bəşir Səfəroğlu 133
Qeyd: Təşkil olunan təlimlərdə iştiraka yalnız COVID-19 pasportu və ya COVID-19 immunitet sertifikatı olduğu təqdirdə icazə verilir.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb