55 GİKM nümayəndəliyində "Gənc kadr" təcrübə proqramına start verilir!
Proqram, iş həyatında öz yerini tutmaq istəyən, gənclərlə iş sahəsində təcrübə qazanmaq istəyənlər üçün nəzərdə tutulub!
14-29 yaş arası gənclər 4 istiqamət üzrə:
İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili;
Tədbirlər və layihələr işinin təşkili;
Təlim-tədris işinin təşkili;
Könüllülərlə işin təşkili üzrə 3️ aylıq proqrama müraciət edə bilərlər.
Maraq dairənizdə olan sahə üzrə təcrübə proqramına müraciət etməklə siz:
• Nümayəndəliklərdə çalışan mütəxəssislərimiz tərəfindən işin dərinliklərini öyrənəcək;
• Mütəmadi təlim proqramlarında və layihələrdə iştirak edəcək;
• Gənclərlə daim ünsiyyətdə olub, gənclərlə iş sahəsi üzrə təcrübə qazanacaqsınız.
Son müraciət tarixi: 27 mart
Təcrübə proqramının sonunda imtahan təşkil ediləcək və proqramı uğurla tamamlayan gənclər sertifikatla təltif ediləcək.
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb