Bazar, 11 May, 2025

Gələcək karyerana “PAŞA Kapital təcrübə proqramı” ilə investisiya et!


  • Dərc edildi: 12 May, 2022 - 03:02
Gələcək karyerana “PAŞA Kapital təcrübə proqramı” ilə investisiya et!

Gələcək karyerana “PAŞA Kapital təcrübə proqramı” ilə investisiya et!   PAŞA Kapital İnvestisiya Şirkəti QSC 2022-ci ilin İyul və Avqust aylarında ali təhsil müəssisələrinin tələbə və məzunlarının bilik, bacarıq, eləcə də şəxsi inkişafına dəstək vermək məqsədilə ödənişli Yay Təcrübə Proqramı elan edir     Təcrübə proqramından nələri qazanacaqsınız?  

  • Maliyyə bazarları və investisiya idarəetməsi üzrə nəzəri biliklərinizi artıracaqsınız;
  • Vəsaitlərin idarə edilməsi bacarıqlarınızı, mürəkkəb tapşırıqların həll olunmasında analitik yanaşma və məsələlərin dərin təhlili qabiliyyətlərinizi inkişaf etdirəcəksiniz;
  • Nəzəri biliklərinizi praktikada tətbiq edəcək və ölkənin lider investisiya şirkətinin real iş mühiti ilə yaxından tanış olacaqsınız;
  • “PAŞA Kapital” komandasının bir hissəsi olmaqla müasir korporativ idarəçilik prinsiplərini əyani mənimsəyəcəksiniz;
  • Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə praktik vərdişlər qazanacaqsınız;
  • Yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq, müxtəlif növ layihələrdə və əməliyyatlarda iştirak edəcəksiniz;
  • Sizə məxsus yeni təklifləri komanda ilə birlikdə müzakirə edəcək və həyata keçirmək şansı əldə edəcəksiniz;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq texniki və fərdi bacarıqlarınızı birlikdə kəşf edib və inkişaf etdirəcəyik;
  • Təcrübə proqramının sonunda sertifikatla təltif olunacaqsınız;
  • Təcrübə proqramına seçilmiş tələbə və məzunlar, vakansiyalar üzrə tələb olunan şərtlərə cavab verdiyi halda işlə təmin oluna bilər.
  Təcrübə proqramı haqqında məlumat:
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Stimullaşdırıcı əmək haqqı;
  • İş qrafiki: Həftənin 5 günü saat 10:00 - dan saat 17:00 - dək;
  • Bloomberg, PAŞA Kapital və digər ticarət platformaları ilə iş təcrübəsi;
  • İnvestisiya alətləri (investisiya qiymətli kağızları, törəmə maliyyə alətləri və s.) haqqında geniş biliklərə sahib olmaq;
  • Fiziki və hüquqi şəxslərlə investisiya xidmətləri üzrə kommunikasiya bacarığı;
  • Pul bazarı əməliyyatlarını (repo / əks repo) icra etmək və danışıqların aparılması;
  • Qiymətli kağızlarla ticarətdən irəli gələn hesablaşmaların icra edilməsi.
  Təcrübə proqramına kimlər qoşula bilər?  
  • İqtisadiyyat, Maliyyə və Biznesin Təşkili ixtisas yönümlü 4-cü kurs bakalavr məzunları, magistr və ya MBA pilləsində təhsil alan tələbələr;
  • Səlis Azərbaycan və İngilis dili biliyi - Rus dili (arzu olunandır);
  • Məsuliyyətli və operativ;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • Yeni bilik və bacarıqlara açıq olmalı.
  Müraciət etmək istəyən namizədlər CV formalarını məktub başlığında “Yay təcrübə proqramı / Marja ticarəti (Beynəlxalq Maliyyə Bazarları)” və ya “Yay təcrübə proqramı 2022 / Daxili və xarici bazarda vasitəçilik (brokerage)” qeyd etməklə[email protected]ünvanına göndərə bilərlər.
___________________________________________________________________________________________________________________

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...