Bazar, 11 May, 2025

“Fərq Yaradan Gənc Müəllim 2022”


  • Dərc edildi: 5 Aprel, 2022 - 06:58
“Fərq Yaradan Gənc Müəllim 2022”

“Fərq Yaradan Gənc Müəllim 2022”
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün “Fərq yaradan gənc müəllim 2022” müsabiqəsini elan edir.💫
Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf porqramı” layihəsi çərçivəsində icra olunur.
Layihənin məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı, fərq yaradan gənc müəllimlərin aşkara çıxarılmasıdır. Fərq yaratmaq üçün gənc müəllimlər öyrənmədə əlverişli sosial mühit yaratmağı bacarmalı və şagirdlər bu mühitdə öyrənmə təcrübəsinə açıq olmalıdırlar.
Müsabiqə 4 mərhələdən ibarətdir.
Birinci mərhələ
Bu mərhələdə Rayon Təhsil Sektorları tərtib olunmuş meyarlara əsasən 5 müəllim namizədini təşkilat komitəsinə 15.04.2022- ci il tarixinə kimi təqdim edir. Seçilmiş 5 müəllim ikinci mərhələdə iştirak etmək hüququ qazanır.
Birinci mərhələnin kriteriyaları aşağıdakılardır.
Tədris təcrübəsi ilə fərqlənməli
Şagirdlərinin nəticələrinin yaxşı olması
Yaşı 35-dən aşağı olması (1987-ci il daxil olmaqla)
Fərqli tədris metodlarından istifadə etməsi
İkinci mərhələdə video çəkib göndərməyi qəbul edən
İştirak etmək istəyən gənc müəllimlər yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...