Bazar ertəsi, 12 May, 2025

Əmək haqqı mühasibi vakansiyası


  • Dərc edildi: 5 Mart, 2022 - 06:35
Əmək haqqı mühasibi vakansiyası

“Baku Steel Company” QSC vakansiya elan edir: Vəzifə: Əmək haqqı mühasibi Hesabat verir: Baş mühasibə Əsas vəzifə öhdəlikləri: • İş vaxtının uçot tabellərini qəbul edir, təhlil edir, nəzarət edir və onları hesablara uyğun işlənməyə hazırlayır; • Müəssisə işçilərinin əmək haqlarını, məzuniyyət və kompensasiya üzrə ödənişləri, son haqq-hesab, xəstəlik və digər müavinətləri hesablayır, əməyin ödənilməsi fondunun xərclənməsinə nəzarət edir; • Mühasibat yazılışlarının qeydiyyatını aparır və onları hesablar üzrə köçürür; • Dövlət büdcədənkənar sosial fondlara sığorta ödəmələrinin, fəhlə və qulluqçuların əmək haqlarının, digər ödəniş və tədiyələrin, habelə şirkət işçilərinin maddi həvəsləndirilməsinə ayrılan vəsaitlərin hesablanmasını və köçürülməsini yerinə yetirir; • Dövri hesabatları müəyyən edilmiş müddət çərçivələrində hazırlayır, mühasibat sənədlərinin qorunub saxlanmasına nəzarət edir, onları arxivə verilməsi üçün müəyyən edilmiş qaydaya uyğun olaraq rəsmiləşdirir; • Kassa intizamının yerinə yetirilməsinə, təhtəlhesab şəxslərlə hesablaşmalara nəzarət edir. Namizədə tələblər: • Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə) • Əmək haqqının hesablanması üzrə minimum 3 illik peşəkar iş təcrübəsi; • Elektron hökümət portallarında (e-gov və e-taxes) işləməyi bacarmalı; • Ofis avadanlığı və kompüter proqramlarının (MS Office) əsaslarını yaxşı səviyyədə bilməli, 1C 8.3 proqramı üzrə bilik və bacarıqlarının olması mütləqdir; • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini bilməli; • Dəqiqlik, punktuallıq və tapşırıqların vaxtlı-vaxtında icrası. İş şəraiti: • İş yeri – Bakı şəhəri • İş saatları – 08:00-17:00 və ya 09:00-18:00, bir saat nahar fasiləsi • Nahar təmin edilir • İstirahət günləri – Şənbə və bazar • Əmək haqqı – nett 1000-1200 AZN Maraqlanan şəxslər mövzu yerində “Əmək haqqı mühasibi” qeyd etməklə[email protected]elektron poçt ünvanına CV göndərə bilərlər. __________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 324
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 753
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 386
Xaricdə təhsil almaq...