Elon Muskın təsirləndiyi kitablar Uğurlarının səbəblərindən birinin çoxlu kitab oxuması olduğunu hər fürsətdə vurğulayan İlon Maskın favoritləri arasında daha çox elmi-fantastik kitablar və tərcümeyi-halı kitablar yer alır, bu kitablardan bəziləri bunlardır; 📚Lord of the rings- J.R.R Tolkien Afrikada uşaqlıq illərində fantaziya və elmi fantastika oxuyan Mask, The New Yorker-ə verdiyi müsahibədə “Üzüklərin hökmdarı” filmindəki qəhrəmanların dünyanı xilas etmək məqsədindən təsirləndiyini bildirir. 📚 The Hitchhiker"s Guide to the Galaxy- Douglas Adams Bu kitab 15 yaşında tənhalığın gətirdiyi problemlər səbəbiylə ekzistensial böhran yaşayan Musk-ın bu çətin dövründə böyük bir bələdçi olur. 📚 Benjamin Franklin: An American Life by Walter Isaacson Benjamin Franklinin həyatından bəhs edən bu kitabda yoxdan yaranan həyatdan, sahibkarlığın əsasını qoyan bir insandan bəhs edilir və onun Elon Maska ilham verdiyi şübhəsizdir. 📚 Einstein: His Life and Universe, Walter Isaacson Musk yenə də Walter Isaacsonun yazdığı kitaba görə minnətdarlığını bildirdi və onu dəfələrlə tövsiyə etdi. 📚 Structures : Or Why Things Don’t Fall Down -J.E. Gordon SpaceX-i işə salmaq qərarına gəldiyi zaman raket elmi haqqında nəsə öyrənməli olduğunu bilən Musk bu kitabı o zaman oxumuş və onu struktur dizayn üzrə əla mənbə hesab edir. 📚 Superintelligence: Paths, Dangers, Strategies -Nick Bostrom Süni intellekt mövzusuna ehtiyatla yanaşması ilə tanınan Maskın bu kitaba əsaslandığı düşünülür. 📚 Zero to One: Notes on Startups, or How to Build the Future-Peter Thiel Peter Thiel-in kitabı onunla rəqib və sonradan tərəfdaş olan İlon Maskın baxışlarına təsir edən kitablardan biri kimi tanınır. 📚 Howard Hughes: His Life and Madness -Donald L. Barlett Dövrünün varlı adamlarından biri kimi tanınan Hughes-un müharibə sənayesinə və təyyarələrə olan marağının Maskın maraqları ilə kəsişir və onunla yaxın münasibət qurması məlum bir həqiqətdir. 📚 Foundation -Isaac Asimov Məlumdur ki, Maskın elmi-fantastik romanlara marağında Asimov kitablarının böyük təsiri var və “Fondation” onun ən təsirli kitablarından biridir. 📚 Our Final Invention -James Barrat Süni intellektə ehtiyatlı yanaşan kitab, mövzunun üstünlükləri və mənfi cəhətlərini həll etmək baxımından Maskın fikirlərinə yaxın bir nöqtədə yer alır. Hazırladı: Edumap.az Təhsil Portalı __________________________________________________________________________________________________________
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb