Şənbə, 10 May, 2025

Elektron arayışlar xidməti istifadəyə verilib


  • | Dərc edildi: 7 İyul, 2021 - 15:10
Elektron arayışlar xidməti istifadəyə verilib

Elektron arayışlar xidməti istifadəyə verilib

İyulun 7-dəhttps://portal.edu.az/platformasındaelektron arayışlar xidməti istifadəyə verilib. Bu xidmət vasitəsi ilə arayışları almaq artıq daha sürətli və rahat olacaq. İstifadəçilər aşağıdakı arayış növlərini elektron formada əldə edə biləcəklər:

  • Ali təhsil pilləsində təhsil almaq barədə arayış;
  • Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;
  • Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;
  • Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;
  • Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;
  • Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.

Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədəhttps://portal.edu.az/platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.

Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında (https://edu.gov.az/az/yoxla) İD nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...