Bazar, 11 May, 2025

"Eksperimental Olimpiada" layihəsinin iştirakçıları Azeraluminium MMC-də olublar


  • Dərc edildi: 18 Dekabr, 2021 - 18:38
"Eksperimental Olimpiada" layihəsinin iştirakçıları Azeraluminium MMC-də olublar

"Eksperimental Olimpiada" layihəsinin iştirakçıları Azeraluminium MMC-də olublar
Gəncə şəhərində icra edilən "Eksperimental Olimpiada" layihəsinin iştirakçıları Azeraluminium MMC-də olublar. İştirakçılar burada istehsal prosesi, fiziki-kimyəvi analiz üsulları ilə ətraflı tanış olublar.
Layihə rəhbəri Elnur Nəbiyevin verdiyi məlumata görə, layihənin əsas məqsədi Gəncə şəhəri məktəblilərinin kimya fənninə marağının dahada artırılmasına və düzgün istiqamət almalarına nail olmaqdır. Kimya fənninin üstünlüklərini aşılamaq və bu fənnə olan marağın oyadılması, Kimyaçı kimi düşünən şagirdlərin aşkar edilməsi layihənin vəzifələrindəndir.
Layihənin icrası olaraq praktik biliklərlə kimya elminə fərqli baxış formalaşacaq, kimya fənninə marağı olan şagirdlər üzə çıxarılacaqdır. Layihə iştirakçılarının əksər heyəti potensial olimpiadaçılar olduğundan, onların praktik biliklərə yiyələnməsi olduqca vacibdir.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən yanvarın 14-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...