Şənbə, 10 May, 2025

Dövlət Məşğulluq Agentliyindən yeni layihə - “İdeya qutusu”


  • | Dərc edildi: 6 İyul, 2021 - 05:45
Dövlət Məşğulluq Agentliyindən yeni layihə - “İdeya qutusu”

Dövlət Məşğulluq Agentliyindən yeni layihə - “İdeya qutusu”

Vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə Dövlət Məşğulluq Agentliyi rəsmi saytında “İdeya qutusu” bölməsini istifadəyə verib.   Agentliyin işində vətəndaş iştirakçılığının artırılması məqsədilə ideyalar iki istiqamətdə qəbul ediləcək. İstiqamətlərdən biri Agentliyin işinin optimallaşdırılması məqsədilə yeni xidmətlərin təklifi və ya mövcud xidmətlərin təkmilləşdirilməsi üçün ideyaların toplanmasıdır. Müraciət formasında bu istiqaməti seçərək ölkəmizdə məşğulluq xidmətlərindən istifadə zamanı görmək istədiyiniz dəyişiklik təkliflərini qeyd edə bilərsiniz. Digər istiqamət isə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə layihə təkliflərinin qəbul edilməsidir. Bu istiqaməti seçərək, ölkəmizdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün layihə təkliflərinizi Agentliyə təqdim edə bilərsiniz.   İdeya və ya layihə təklifi qəbul edilən vətəndaşlar bu barədə məlumatlandırılacaq və həmin şəxslər verdikləri töhfə üçün müvafiq təşəkkürnamə ilə təltif ediləcəklər.   “İdeya qutusu”na müraciətlərinizi aşağıdakı keçid vasitəsilə göndərə bilərsiniz:   https://dma.gov.az/layiheler/ideya-qutusu

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 731
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...