Bazar, 11 May, 2025

CV yarat platforması vasitəsilə ilk 5 gündə 1 000-dən çox istifadəçi öz CV-sini yaradıb


  • Dərc edildi: 1 Noyabr, 2021 - 14:02
CV yarat platforması vasitəsilə ilk 5 gündə 1 000-dən çox istifadəçi öz CV-sini yaradıb

CV yarat platforması vasitəsilə ilk 5 gündə 1 000-dən çox istifadəçi öz CV-sini yaradıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində növbəti addım olaraq CV yarat platforması istifadəyə verilib. Artıq ilk 5 gün ərzində sistemə 7 829 nəfər daxil olub, 1 604 nəfər CV tərtib edib, 1 029 nəfər isə öz CV-sini PDF formatında endirib. Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır. İstifadəçilər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər. Anket formasının hər addımında CV-ni maksimum cəlbedici etmək, istifadəçinin bilik, bacarıq və təcrübəsini, peşəkar həyatında olan uğurları və güclü tərəflərini düzgün nümayiş etdirmək üçün məsləhətlər verilir. CV yarat sistemi ölkədə tərcümeyi hallara vahid yanaşma gətirəcək. Növbəti addım olaraq CV məlumatlarının əksəriyyəti dövlət informasiya ehtiyatlarından əldə olunacaq və CV-də “İşarələnmiş məlumatların doğruluğu Dövlət Məşğulluq Agentliyi tərəfindən təsdiqlənmişdir” ifadəsi qeyd ediləcək. Bu da işəgötürənin məlumatlara etimad göstərməsinə səbəb olacaq. Həmçinin, gələcəkdə sistem ölkənin vakansiya bankını emal edərək CV tərtib edən şəxsə ən uyğun vakansiyaları avtomatik olaraq təqdim edəcək. Platformadan istifadə ödənişsizdir. www.cvyarat.az Üç addım ilə öz CV-ni yarat!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...