Bazar, 11 May, 2025

“Cavan Urban Fest” layihəsinə qeydiyyat başladı


  • Dərc edildi: 19 Noyabr, 2021 - 15:13
“Cavan Urban Fest” layihəsinə qeydiyyat başladı

CAVAN URBAN FEST 2021
"Cavan” İctimai Birliyinin növbəti layihəsi olan “Cavan Urban Fest”-in 27-28 noyabr, 2021-ci il tarixlərində həyata keçirilməsi planlaşdırılır. “Cavan Urban Fest” layihəsinin əsas məqsədi müasir mədəniyyət və incəsənət sahələrinə marağı olan istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsidir. İki gün boyunca keçiriləcək layihənin ilk günündə müvafiq mövzular üzrə ekspertlər tərəfindən vörkşoplar keçiriləcək, tədbirin ikinci günündə keçirilən vörkşoplar üzrə dans bətlları keçirilərək qaliblər mükafatlandırılacaqdır. Layihənin proqramı aşağıdakı kimidir: Tədbirin ilk günü (27 Noyabr) 1) Dans seminarları 2) "Street art" seminarları Tədbirin ikinci günü (28 Noyabr) 1) Dans batlları ("All Styles" və "Breakdance" üzrə) Seminarlar üçün ekspertlər: 1. Emin Useynov (Emus Nero) - "Jazz-Funk" rəqsi üzrə vörkşop (16+) 2. Zəvvar Kərimov (B-boy Z-war) – "Breakdance" seminarı 3. Aqil Quliyev (B-boy Question) - "Breakdance" seminarı 4. Xəyal Əmrullazadə (Zico Firestar) - "Hip-Hop" dans seminarı 5. Ramil Məmmədli (Rayman) - "Hip-Hop" dans seminarı 6. Azər Məmmədli (Azy) – "Street art və qraffiti" seminarı ❗ Layihədə iştirak üçün COVID-19 passportu(iki doza vaksinasiya və ya immunitet sertifikatı) və minimum 14 yaşınızın olması tələb olunur. Layihədə iştirak ödənişsizdir. Tədbirin məlumat paketi ilə bu linkdən tanış ola bilərsiniz. Məlumat paketində agenda və başqa detallarla tanış ola bilərsiniz. Ünvan: YARAT Müasir İncəsənət Məkanı, Bayıl (Dövlət Bayraq Meydanı) Son müraciət tarixi: 22 Noyabr, saat 18:00
❗Unutmayın ki, qeydiyyatdan keçmək vacibdir.
Qeydiyyat üçün link: https://clck.ru/YZBuK
Ünvan: YARAT Müasir İncəsənət Məkanı, Bayıl (Dövlət Bayraq Meydanı)
Son müraciət tarixi: 22 Noyabr, saat 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...