Ümumi məlumat
“166 Yükdaşıma və Logistika” namizədləri “Çağrı Mərkəzi üzrə mütəxəssis” vəzifəsinə müraciət etməyə dəvət edir!
Öhdəliklər
- Qaynar xətt vasitəsilə daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda müştəriyə dərhal məlumatın verilməsi;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə qeydə alınması.
Tələblər
- Peşə və ya ali təhsil arzu olunandır;
- Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- Bakı şəhəri və regionları üzrə ərazi biliyi;
- Dinləmə və effektiv ünsiyyət bacarığı;
- İntizamlılıq və tez öyrənmə bacarığı;
- Stressə qarşı davamlılıq.
İş şərtləri
- İş qrafiki 6 günlük;
- Karyerada yüksəliş imkanı
Müraciət
Namizədlər mövzu hissəsinə “Çağrı mərkəzi üzrə mütəxəssis” qeyd edərək
[email protected] elekton ünvanına CV formalarını göndərə və ya
https://hr.166.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilər.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb