Bazar, 11 May, 2025

Binəqədi Gənclər Evi yeni mövsümdə "Könüllülük Akademiyası 6" layihəsinə START verdi!


  • Dərc edildi: 27 Yanvar, 2022 - 11:17
Binəqədi Gənclər Evi yeni mövsümdə "Könüllülük Akademiyası 6" layihəsinə START verdi!

Binəqədi Gənclər Evi yeni mövsümdə "Könüllülük Akademiyası 6" layihəsinə START verdi! Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Könüllülər Akademiyası 6” layihəsinə start veriləcək! Layihə 3 ay müddətində 80-dən çox könüllü gənc ilə, davam edərək, onların maraqlarına xidmət edəcək. 3 ayı müvəffəqiyyətlə başa vuran könüllülər xüsusi diplom və hədiyyələrlə təltif olunacaqlar! Layihənin əsas məqsədi: 1. Könüllülük hərəkatını genişləndirmək; 2. Binəqədi Gənclər Evində olan departamentlərdə gənclərin praktiki fəaliyyətini artırmaq; 3. Tərəfdaş qurumlarda gənclərlə bağlı layihə və tədbirlərdə, könülləri ora yönləndirərək, təcrübələrini artırmaq; 4.Gənclərin daha yaxşı inkişaf etməsi üçün bir sıra aktual mövzularda təlim və seminarlar təşkil etmək; 5. İştirakçıların asudə vaxtlarının əyləncəli və səmərəli keçirilməsini təşkil etmək; 6.Gənclərə layihə müddətində fərdi layihələrini həyata keçirmək şansı vermək! Qeyd edək ki, layihədə 14-29 yaşını əhatə edən yeniyetmələr, bakalavr və magistratura təhsili alan tələbələr, məzunlar qeydiyyatdan keçməklə qoşula bilərlər. QEYDİYYAT linki: https://docs.google.com/forms/d/1jXlj-bv7YWcf05K4dstq2r1LlZ9qzYjdcj5c6C3K_WQ/edit Son qeydiyyat tarixi: 6 fevral, saat 18:00  

____________________________________________________________________________________________________________________

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...