Parlamentdə bir deputatın yanında praktika keçmək və Berlin universitetlərinin birinin dərslərində iştirak etmək üçün Almaniyaya səyahət?
Bundestaqın IPS proqramı bu arzunu hər il beynəlxalq səviyyədə reallaşdırır. Ətraflı məlumat almaq istəyirsinizsə, 1 noyabr bazar ertəsi saat 15:30-da Azərbaycan Dillər Universitetində keçiriləcək məlumat tədbirimizə gələ bilərsiniz. Almaniya səfirliyinin və Azərbaycan Dillər Universitetinin rektoru cənab Kamal Abdullanın dəvəti ilə Almaniya parlamentinin deputatı Karl-Julius Kronenberq Beynəlxalq Parlament Təqaüdü (IPS) haqqında tədbirdə çıxış edəcək. Tədbir alman və azərbaycan dillərindədir. Daha ətraflı tədbirin posterində.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb