Şənbə, 10 May, 2025

Baş mütəxəssis – psixoloq vakansiyası


  • Admin:
  • | Dərc edildi: 28 Noyabr, 2021 - 09:40
Baş mütəxəssis – psixoloq vakansiyası

İş yeri: “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC Vəzifə: Baş mütəxəssis – psixoloq Təhsil: Ali (müvafiq istiqamət üzrə) İş təcrübəsi: Müvafiq sahədə azı 2 il Əmək haqqı: ştata uğun Dil bilikləri: Dövlət dili sərbəst, Rus dili orta-yüksək səviyyədə Kompyuter bilikləri: “Microsoft Office” proqramları paketi, MS Word və MS Excel (ortayüksək səviyyədə) Əmək qanunvericiliyinə əsasən sənədləşdirmə Namizədə dair tələblər: • Ünsiyyət qurma • Emosional stabillik • Operativlik və çeviklik • Özünəinam və problem həlletmə qabiliyyəti • Stress vəziyyətində işləmək • Qərarvermə Vəzifələri: • Mərkəzdə dərslərdə iştirak edən əlilliyi olan, sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin, o cümlədən şəhid ailəsinin üzvlərinin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosialpsixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmək; • Dərs və təlimlərdə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan şəxsləri müəyyən edib, qrup rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək; • Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan, habelə ümumi və xüsusi istedadı olan şəxslərin müəyyən olunması, onlarla müvafiq işin aparılması; • Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında dərslərdə iştirak edən əlilliyi olan, sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin, o cümlədən şəhid ailəsinin üzvləri, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq; • Kembervelin qiymətləndirmə forması ilə işləyə bilmək; • Spesifik məqsədlərin qiymətləndirmə forması ilə işləyə bilmək; • Dərslərə cəlb olunmuş şəxslərin təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq olaraq Mərkəz rəhbərliyinə, müəllimlərə, valideynlərə məsləhətlər vermək; • Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək; • Dərslərə cəlb olunmuş şəxslər üçün aktiv, tətbiqi və yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək. • İcrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasının həyata keçirilməsi; • Fəaliyyətin və xidmətlərin göstərilməsində istifadə edilən hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi; • Arayışlar, hesabatlar və məlumatların hazırlanması və s. Uyğun namizədlər CV-lərini (müraciət olunan vakansiyanın adını qeyd etmək şərtilə)[email protected]e-poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 728
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 375
Xaricdə təhsil almaq...