Bazar ertəsi, 12 May, 2025

“Bank Respublika” ASC Şirvan filialı üçün “Kassir” vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 10 May, 2022 - 10:35
“Bank Respublika” ASC Şirvan filialı üçün “Kassir” vəzifəsi üzrə vakansiya elan edir

Bank Respublika ASC Şirvan filialı üçün “Kassir” vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:
  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
  • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
  • Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
  • Yüksək ünsiyyət bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Şirvan) qeyd etməklə 24 may 2022-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.  
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 324
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 753
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 386
Xaricdə təhsil almaq...