“Bank Respublika” ASC Data analitik vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Əsas və əlavə mənbələrdən məlumatların əldə olunması və data sistemlərin işinin təmin olunması;
- Dataların təmizlənməsi və emala uyğun formaya salınması;
- Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması;
- Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi;
- Mürəkkəb məlumat setlərində trendlərin müəyyən olunması və proqnozların hazırlanması;
- Proseslərin təkmilləşdirilməsi imkanlarının müəyyən edilməsi və təmin edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil, əsasən İnformasiya texnologiyaları, tətbiqi riyaziyyat, komputer elmləri, komputer mühəndisliyi, iqtisadi kibernetika ixtisasları üzrə;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
- Mükəmməl MS Excel biliyi;
- SQL və Python proqramlaşdırma dilləri üzrə biliklər;
- Cədvəllər, böyük həcmli məlumatlar, nümunələr ilə işləmək bacarığı; təhlillərin aparılması və cədvəl, təqdimat formatında hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini
04 mart 2022-ci il tarixinədək email-in mövzu hissəsində
Data analitik qeyd edərək
[email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb