Bank of Bakunun İnsan resursları departamenti ödənişsiz təcrübə proqramı elan edir. Proqrama kimlər müraciət edə bilər? ·İqtisadiyyat/Maliyyə/Hüquq/İdarəetmə sahələrində ali təhsil almış şəxslər; ·Azərbaycan dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına, ingilis dili üzrə yaxşı (intermediate) səviyyədə biliklərə malik olanlar; ·MS Office proqramları, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı olanlar; ·Analitik düşünmə qabiliyyətinə malik olan şəxslər; ·Operativ, təşəbbüskar, komanda ilə işləmək bacarığı olan və öyrənməyə, özünü inkişaf etdirməyə həvəsi olan gənclər. Əsas vəzifə və öhdəliklər ·Komanda ilə birgə cari tapşırıqların yerinə yetirilməsi; ·Məlumat bazalarının hazırlanması; ·Komanda ilə birgə Personal uçotu əməliyyatlarına aid təhlillərin edilməsi; ·İşə qəbul prosesində iştirak, məlumat bazalarının formalaşdırılmasına dəstək; ·Yeni həyata keçiriləcək İnsan
resursları layihələrində iştirak. Proqramdan əldə edəcəkləriniz: ·İnsan resursları sahəsi üzrə əməliyyatları praktiki tətbiq etmək bacarığı; ·İşə qəbul prosesini öyrənmək və tətbiq etmək; ·İnsan resursları ilə əlaqədar fərqli məlumat bazalarının formalaşdırılması üzrə təcrübə; ·İnsan resursları sahəsində rəsmiləşdirmə əməliyyatlarını öyrənmək və tətbiq etmək; ·İnsan Resursları ilə bağlı müxtəlif layihələrdə iştirak etmək. oİş yeri: Baş İdarə oİş vaxtı: 5 iş günü, 09:00-18:00 MÜRACİƏT QAYDASI Müraciət etmək istəyən namizədlər Bank of Baku saytında, vakansiyalar hissəsindən “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-lərisubject bölməsində İnsan Resursları Departamenti – Təcrübə proqramı qeyd etməklə[email protected]mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb