Unibank, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə bank kartlarının çatdırılması və işlənməsi üzrə bir neçə mütəxəssis axtarışındadır. Məsuliyyətli, dinamik və məqsədyönlü biri olduğunuzu düşünürsünüzsə, o zaman sizi komandamıza qoşulmağa dəvət edirik! Müştəri xidməti üzrə mütəxəssis Vəzifə öhdəlikləri: -Məhsulun ünvana sürətli və keyfiyyətli çatdırılmasının təmin edilməsi; -Müştəriyə bank məhsulu barədə məsləhətin verilməsi. Növbəli iş qrafiki – 2/2. Tələblər: -Fiziki cəhətdən sağlam olmalı; -Çox sayda hərəkət etməyə hazır olmalı; -Punktual olmalı; -4.4 Android və ya IOS 10 və daha yüksək smartfonunun mövcudluğu, həmçinin Powerbankın mövcudluğu; -Səliqəli görünüş və səlis danışıq qabiliyyəti; -Fikrini dəqiq, dolğun və əminliklə təqdimetmə bacarığı; -21 yaş və üzəri; -Azərbaycan dili biliyi, rus dilini biliyinin olması arzu olunandır; -Orta təhsilin mövcudluğu, ali təhsil arzu olunandır. Biz təklif edirik: -Nüfuzlu bir şirkətdə iş; -Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected] elektron ünvanına göndərə bilərlər (vəzifənin adını email-ın mövzu hissəsində (Müştəri xidməti üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur).
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb