“Azərpoçt” MMC Tovuz, Kəlbəcər, Qobustan, Şabran, Yardımlı, Mingəçevir, Naftalan Regional Poçt Filiallarına “Baş mühasib” Vakansiyası elan edir. Vəzifə öhdəlikləri və onların təsnifatı: • Şöbənin fəaliyyətinin təşkili və idarə olunması; • Filial və poçt şöbələri tərəfindən həyata keçirilən bütün maliyyə - təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi; • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə, mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi; • Maliyyə intizamına ciddi əməl edilməsini, inzibati, təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks olunmasının təşkili; • Tabeli poçt şöbələrində göstərilən xidmətlərdən əldə edilən nağd pul vəsaitlərinin vaxtında və düzgün mədaxil olunmasına və Baş xəzinəyə göndərilməsinə gündəlik nəzarət olunması. İş rejimi: • Həftə içi hər gün: 09:00 - 18:00 (şənbə, bazar - istirahət günü); Mühasib vəzifəsinə aid olan tələblər: • Ali iqtisad təhsili; • Mühasibatlıq və iqtisadiyyat sahəsində ən azı 5 illik iş təcrübəsi; • Analitik düşüncə və iqtisadiyyat sahəsində təhliletmə bacarığı; • Səlis azərbaycan dili biliyi (başqa bir xarici dil bilməsi arzuolunandır); • Poçt, maliyyə xidmətlərini tənzimləyən Qanunları, qaydaları, təlimatları bilmək və tətbiq etmək bacarığı; • MS Office proqramları ilə sərbəst işləmək bacarığı. Qeyd olunan vakansiyaya uyğun olan namizədlər mövzu yerində “Baş Mühasib” qeyd etməklə[email protected]ünvanına CV göndərə bilərlər. __________________________________________________________________________________________________________
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb