Bazar, 11 May, 2025

AzerGold QSC ali məktəb tələbələri üçün Təqaüd Proqramı (TP) müsabiqəsi elan edib


  • Dərc edildi: 2 Noyabr, 2021 - 04:47
AzerGold QSC ali məktəb tələbələri üçün Təqaüd Proqramı (TP) müsabiqəsi elan edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Təqaüdü ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslarda təhsil alan Azərbaycan Respublikasının vətəndaşları olan tələbələrinə verilir. Təqaüd aşağıdakı məqsədlərlə verilir:

  • Tələbələrin təhsilə və elmi araşdırmaya marağının daha da artırılması, habelə istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi və onların sosial müdafiəsinə dəstək olmaq;
  • Cəmiyyətin strateji layihələrinin gələcəkdə lazımi kadrlar ilə təmin edilməsi məqsədilə tələbələrin müəyyən edilməsi;
  • İstedadlı və təşəbbüskar tələbələrin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin təcrübə proqramlarında iştirakı üçün şərait yaratmaq və nəzəri biliklərinin real təcrübəyə çevrilməsində yardımçı olmaq.
  Təqaüd müsabiqə keçiriləcək akademik tədris ilinin 9 ayı üçün verilir. Təqaüd tələbəyə Cəmiyyət hesabına açılmış bank kartı vasitəsilə ödənilir. Təqaüdün aylıq məbləği 200 manatdır. Təqaüd müsabiqədə keçirilən imtahandan (1-ci tur) müvəffəqiyyət qazanıb Təqaüd komissiyasının müsahibəsindən (2-ci tur) uğurla keçən tələbələrə verilir. Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...