Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Vəqfinin (Türkiye Gençlik Vakfı - TÜGVA) birgə təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Həmrəylik Forumu" keçiriləcək.
İstanbul şəhərində TÜGVA-nın baş ofisində keçiriləcək forumun əsas məqsədi 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Türkiyə və Pakistan gəncləri arasında daha sıx münasibətlərin qurulması və mövcud həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atmaqdır.
Əziz Türkiyədə yaşayan azərbaycanlı gənclər, hər birinizi tədbirdə aktiv iştirak etməyə dəvət edirik.
ASAP-Azerbaijani Students and Alumni Platform
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb