Azərbaycan Sosial İş İctimai Birliyi sosial iş təhsili alan və ya məzun olan könüllülərin axtarışındadır. azsiibteamkomandasına qoşulan könüllülərimizə nələri vəd edirik: • Bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün müxtəlif resurslarla təmin etmək • Peşəkar iş bacarıqları: komanda işi,zamanın idarə olması, aylıq və həftəlik planlaşdırma bir sözlə peşəkar karyeranızda sizə lazım olacaq bacarıqları əldə etmək. • Yerli və ya beynəlxalq tədbirlərdə iştirak etmək. • Peşəkar xarici və yerli mütəxəssislərlə bir komandada işləmək istəyirsinizsə, bizdə könüllü fəaliyyətini icra edərək qısa müddətdə bilik və bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Vəzifə və öhdəliklər: • Birliyin idarəetmə strukturunun könüllülərə yönləndirdiyi iş və fəaliyyətləri qeyd edilmiş vaxtda təşkil və icra etmək. • Birliyin tanınması üçün tədbirlərdə, konfrans və görüşlərdə lazım gəldikdə Azərbaycan Sosial İş İctimai Birliyini təmsil etmək və Birlik haqqında məlumatın yayılması işində yaxından iştirak etmək. • Sorğuların, müsahibələrin tərtibatı və icrasını həyata keçirmək • Konfransların həyata keçirilməsində lazım gələrsə, idarəedici üzvlərin tapşırıqlarının icrasını həyata keçirmək. Könüllü olmaq istəyən sosial iş tələbələri və ya məzunları üçün aşağıdakı meyarlar müəyyən olunmuşdur: • Operativlik • Kompüter bacarıqları • Təşkilatçılıq • Təşəbbüskarlıq • Ünsiyyətcillik • İntizamlılıq • Punktuallıq Qeyd: Könüllülük fəaliyyəti online və offline formada 2 ay müddətində baş tutacaq. Son müraciət tarixi 14.09.2021 Müraciət üçün[email protected]elektron poçt ünvanına Könüllü “Könüllülük proqramı” başlığı ilə CV göndərməyiniz tələb olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb