Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün “Özünü kəşf et” adlı ustad dərslərinə başlanılıb. AZƏRTACxəbər verir ki, ilk dərs Gülarə İsrafilzadənin rəhbərliyi ilə mənzərə mövzusuna həsr edilib. Növbəti dərslər iyunun 23-də Gülnarə Ələkbərlinin rəhbərliyi ilə “Linoqravüra”, 30-da isə Museyib Əmirovun rəhbərliyi ilə “Bakı– Mənim şəhərim" mövzularına həsr olunacaq. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır. Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır. Ustad dərsləri ödənişsizdir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb