Bazar, 11 May, 2025

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının regional koordinatorlarla görüşü keçirilib


  • Dərc edildi: 26 Oktyabr, 2021 - 11:45
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının regional koordinatorlarla görüşü keçirilib

23-24 oktyabr 2021-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının regional koordinatorlarla görüşü keçirildi.
Görüşdə əsas məqsəd regional koordinatorlarla, onların fəaliyyəti ilə tanışlıq, vəzifələrin müəyyən olunması, təkliflərin dinlənilməsi, görüləcək işlərin müzakirəsi, yeni layihələrin təqdimatı idi.
İlk olaraq, AGMA-nın sədri Rüfət Əsədzadə çıxış edərək müəllimləri salamladı. Koordinatorların özlərini təqdim etməsindən sonra Rüfət Əsədzadə AGMA-nın bu günə qədər gördüyü işlər, növbəti addımlar barəsində ətraflı məlumat verdi.
Təlimçilər tərəfindən “Code of Conduct”, “İşin təsviri və koordinator fəaliyyətinin dəyərləndirilməsi”, “Sosial mediada müəllim imici” mövzusunda təqdimatlar edildi. Müəllimlərin prosesə aktiv qoşulması, məlumat mübadiləsinin aparılması, əyləncəli qrup işlərinin keçirilməsi bugünkü görüşü daha da maraqlı və öyrədici etdi.
Bildiyiniz kimi, işğaldan azad olunan torpaqlarımızda ağıllı şəhər və kəndlər salınır. Texnologiyanın inkişaf etdiyi bir dövrdə məktəblərin də ağıllı texnologiya ilə qurulması zərurəti yaranır.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlərlə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunacaq “Ağıllı məktəb” yanaşması haqqında ilk təlimlərə başladı. Təlimin məqsədi gənc müəllimlərin iş prosesi ilə məlumatlandırılması və bu istiqamətdə yeni fəaliyyət planının hazırlanmasıdır.
AGMA ətrafında birləşən hörmətli koordinatorlarımız, sizə gələcək fəaliyyətlərinizdə bol nailiyyət diləyirik! Birlikdə daha böyük uğurlara imza atacağımıza əminik!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...