ABB ATM və Ödəniş terminalları şəbəkəsinə texniki dəstək şöbəsinə Baş mütəxəssisvakansiyası elan edir. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
ATM-lərin texniki monitorinqi;
Bankomatların əməliyyat sistemlərinin yenilənməsi;
ATM və ÖT-nın texniki xidmətinin həyata keçirilməsi;
ProView proqram təminatı vasitəsi ilə ATM-lərdəki texniki problemlərinin aşkarlanması və məsafədən aradan qaldırılması.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (texniki sahədə təhsil üstünlükdür);
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
Excel, ProView və Telescope proqramları üzrə mükəmməl biliklərə sahib;
İnduktiv və analitik təhlil bacarığına sahib;
Problemləri həll etmə bacarığına sahib olan;
Komandada iş bacarıqlarına sahib olan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ATM və ÖT şəbəkəsinə texniki dəstək şöbəsinə Baş mütəxəssis ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.abb.az
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb