Bazar ertəsi, 12 May, 2025

ARDNŞ-də Ödənişli İstehsalat Təcrübəsi Proqramı


  • Dərc edildi: 8 May, 2022 - 10:44
ARDNŞ-də Ödənişli İstehsalat Təcrübəsi Proqramı

SOCAR motivasiyalı və istedadlı gənc məzunlar üçün aşağıda qeyd olunan ixtisaslar üzrə “Ödənişli İstehsalat Təcrübəsi Proqramı” elan edir. İxtisaslar: - Geologiya - Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi - Kimya Texnologiya - İqtisadiyyat və idarəetmə - Neft-qaz-mədən - Mühəndis (qaz təsərrüfatı üzrə) - NÖC və Avtomatika - Mexanika - Energetika Ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir: - Azərbaycan Respublikasının vətəndaşı olmalı; - Tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli; - Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsi üzrə sonuncu kursda (sonuncu semester) və ya magistratura pilləsində təhsil alan tələbə olmalıdır; - Təcrübə proqramı dövründə SOCAR ilə əmək münasibətlərində olmamalıdır (SOCAR işçisi olmamalıdır); Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir: - I mərhələ: Müraciət edən gənclərin ixtisas biliklərinin və məntiqi təfəkkürünün yoxlanılması məqsədilə test imtahanı təşkil edilir. - II mərhələ: İxtisas qrupları üzrə test imtahanından müvafiq keçid balını toplayan gənclər üçün müsahibələr təşkil olunur. Qeyd: Namizədin cari proqram dövrü ərzində yalnız bir elektron müraciəti nəzərə alınır və bir ixtisas üzrə namizədliyi qəbul edilir. Son müraciət tarixi: 15 may 2022

Müraciət et

 
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 324
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 753
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 387
Xaricdə təhsil almaq...