Bazar, 11 May, 2025

Ali təhsilin doktorantura səviyyəsinə sənəd qəbulu elektronlaşdırılıb


  • | Dərc edildi: 1 İyul, 2021 - 08:05
Ali təhsilin doktorantura səviyyəsinə sənəd qəbulu elektronlaşdırılıb

Ali təhsilin doktorantura səviyyəsinə sənəd qəbulu elektronlaşdırılıb

İyulun 1-dənhttps://portal.edu.az/platformasında ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu xidməti aktiv edilib. Belə ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə müraciət edə və müraciət üzrə statuslarını izləyə biləcəklər. Müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsi proseslərin daha çevik və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər. Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması məlumatların vahid elektron bazada toplanılmasına, digər xidmətlərlə qarşılıqlı inteqrasiyasına, geniş analiz və hesabatlılığın təmin edilməsinə şərait yaradacaq. Xidmətdən istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.    

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...