İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB)Maliyyə departamentinin Mühasibatlıq şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Əmək və nizam-intizam qaydalarına riayət edir;
- Müəssisənin hesablaşma hesabında olan pul vəsaitlərinin uçotu;
- Kreditlər üzrə bankla hesablaşmaların uçotu;
- İşçilərlə və təhtəl hesab şəxslərlə hesablaşmaların uçotu;
- Büdcə ilə hesablaşmaların uçotu;
- Gündəlik olaraq Malsatanlar və podratçılarla (xidmət) hesablaşmalar üzrə ödənişlərin aparılması və hesablaşma hesabından keçirilən əməliyyatlara nəzarət edilməsi;
- Hər iş gününün əvvəlinə və günün sonuna hesablaşma hesabından aparılan əməliyyatlar barədə məlumatların (müvafiq hesabatların) rəhbərliyə təqdim oluması;
- Əməliyyatların aparılması üzrə banklar tərəfindən təqdim olunan təsdiqedici sənədlərin (çıxarışların) gündəlik olaraq mühasibat proqramında əks etdirilməsi;
- Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
- Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil - Maliyyə və audit sahəsi üzrə
- İstehsalat və ya audit şirkətində müvafiq sahə üzrə azı 1il iş təcrübəsi;
- Ofis proqramları (Excel, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
- Müvafiq sahə üzrə biliyi təsdiq edən ACCA(FA) sertifikatının olması zəruridir, ACCA (FR) və ACCA (DipİFR) sertifikatlarının olması arzuolunandır;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (ingilis dil biliyi üstünlükdür);
- Məsuliyyətlilik;
- Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
- Güclü analitika və problemi təhlil etmə bacarığı;
- Dəqiqlik;
- Müstəqil və Komandada işləmə bacarığı.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;
- CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
- Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “Mühasibatlıq şöbəsi üzrə mütəxəssis” yazaraqgöndərmələri xahiş olunur;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
[1]Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir:yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb