Bazar, 11 May, 2025

ABB Mühafizə və rejim şöbəsinə Mühafizəçi vakansiyası elan edir


  • Dərc edildi: 17 Mart, 2022 - 11:02
ABB Mühafizə və rejim şöbəsinə Mühafizəçi vakansiyası elan edir

ABB Mühafizə və rejim şöbəsinə Mühafizəçi vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Görəcəyiniz işlər:

  • Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
  • Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
  • Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, aidiyyəti üzrə bölüşdürülməsi;
  • Yanğın mühafizə sistemlərinə nəzarət;
  • Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
  • Bankın inzibati binasının mühafizəsinin təşkili.
Bizim üçün uyğun namizəd:
  • Ali və ya orta ixtisas təhsilli;
  • Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
  • Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
  • Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
  • Həqiqi hərbi xidməti başa vurmuş;
  • Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
  • Ünsiyyət bacarığı yüksək səviyyədə olan;
  • Detallara diqqət yetirmə bacarığına sahib olan şəxsdir.
    Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...