02 May, 2025 - 17:10
321
“PASHA Bank OJSC”nin tərəfdaşlığı və “SUP VC” şirkətinin təşkilatçılığı ilə “Məhsul sahibi marafonu” baş tutacaq!
Bu marafonda məhsulun hazırlanma prosesi və məhsul sahibi rolunun mənimsənilməsi əhatə olunacaq. Həmçinin marafonda məhsul sahibi olmaq üçün lazım olan bilik və bacarıqlar da tədris ediləcək.
4 həftə boyunca davam edəcək marafon məhsul yarışı formatında keçiriləcək. İştirakçılar məhsul sahibi adını qazanmaq üçün yarışacaqlar. Yarış iki mərhələli olacaq. Birinci mərhələ tətbiqi sessiyalardan ibarətdir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb