ACON Consulting Müştərilərlə Əlaqələr üzrə Mütəxəssis vəzifəsi üzrə təcrübəli əməkdaş axtarır.
Vəzifələr:
• Müştəri sorğularının qəbul edilməsi və aidiyyatı şəxslərlə müzakirə edilməsi;
• Müştərilərlə mütəmadi əlaqə saxlanılması və danışıqların aparılması;
• Müştərilərlə görüşlərin təşkil edilməsi və əlaqələrin effektiv idarə olunması;
• Müştərilərin müşayiət olunması;
• Müştərilərlə yüksək səviyyəli kommunikasiya.
Tələblər:
• Əlaqəli sahədə iş təcrübəsi;
• Təşkilatçılıq bacarıqları;
• Azərbaycan ingilis dillərini səlis bilmək (rus dili bilənlərə üstünlük veriləcəkdir);
• Güclü kommunikasiya, operativlik və problem həll etmə bacarığı;
• Müştərilərlə effektiv ünsiyyət qurma qabiliyyəti.
Biz təklif edirik:
• Rəqabətqabiliyyətli əmək haqqı;
• Peşəkar inkişaf;
• Stabil və mehriban iş mühiti.
Qeyd edilən vakansiya ilə maraqlananlar, CV-ni [email protected] ünvanına mövzu hissəsində “Müştərilərlə Əlaqələr üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilər!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb