Bazar, 11 May, 2025

Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir


  • Dərc edildi: 5 Avqust, 2022 - 13:59
Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir

Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:

- Hüquqşünas 

Əsas vəzifə öhdəlikləri:

 Kommersiya fəaliyyəti üzrə müqavilə layihələrinin hazırlanması, eləcə də, fondun kontragentləri tərəfindən təqdim edilən müqavilə layihələrinə əsasən qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;

 Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin hazırlanması;

 Mövcud qanunvericiliyin tətbiq olunması məqsədi ilə təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi; 

 Hazırlanmış əmr, sərəncam, qərar və digər normativ aktların qanunvericiliyin tələblərinə uyğun olmasına nəzarətin təşkili;

 Qanun, qərar və digər normativ xarakterli aktların layihələrinin hazırlanmasında iştirak edilməsi;

 Patentin alınması və onun qüvvədə saxlanılması işlərinin aparılması.

Nəyi bilməlidir?

  Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyətini (rus dili üzrə isə arzuolunandır);

  MS Office proqramlarında sərbəst işləmək bacarığını.

Nəyi bacarmalıdır?

 Ünsiyyət bacarığı;

 Təqdimetmə bacarığı;

 Təhliletmə;

 Məsuliyyətlilik;

 Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;

 Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu və əmək qanunvericiliyini bilməli;

 Əmək, satınalma və müəssisədaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı.

Xüsusi tələblər:

 Ali hüquq təhsilinin olması;

 Korporativ hüquq sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsinə malik olması.

Gözlənilən davranışlar:

 Stresə davamlılıq;

 Nizam-intizam qaydalarına riayət;

 Komanda işi.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 20.08.2022-ci il

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.


 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...