Bank of Baku ASC “İstehlakçılarla işin təşkili şöbəsinin kiçik eksperti” vakansiyası üzrə yeni əməkdaş axtarışındadır:
Vəzifə funksiyaları:
-Banka daxil olan şikayət, ərizə və təkliflərin baxılması, araşdırılması və cavablandırılmasını həyata keçirir;
-Müraciətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir, onlardan yazılı və şifahi arayışlar və məlumatlar alır;
-İstehlakçılardan daxil olan müraciətlərin araşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi və Bankda yaradılmış xüsusi bölməyə daxil olan müraciətlərin reyestrdə qeydiyyatının aparılması;
-Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
Dil biliyi:
Azərbaycan - Mükəmməl
Rus - Orta
İngilis - Başlanğıc
Kompüter biliyi:
Windows Operations Systems-də işləmə bacarığı
MS Office- Yüksək
Digər şərtlər:
- İqtisadi sahədə ali təhsil tələb olunur.
Müraciət etmək istəyənlər
https://careers.bankofbaku.com/az/vacancies/160 linkinə daxil olub,qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb