Bazar, 11 May, 2025

"Logistika və nəqliyyat" ixtisaslaşması üzrə müəllimlərin qəbulu aparılır


  • Dərc edildi: 26 İyul, 2022 - 15:31
"Logistika və nəqliyyat" ixtisaslaşması üzrə müəllimlərin qəbulu aparılır

AzTU-da SABAH Magistratura proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində müəllimlərin işə qəbulu aparılır
Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH Magistratura proqramının
“Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində 2022-2023-cü tədris ilinin payız və
yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Müvafiq sahədə təcrübəsi olan
müəllimlərin qəbulu aşağıdakı fənlər istiqamətində aparılır:
Payız semestri:
• Xarici dil – I (məşğələ - 45 saat)
• “Python”da proqramlaşdırma (mühazirə - 30 saat, məşğələ - 15 saat)
• Əməliyyatların tədqiqi (mühazirə - 30 saat, məşğələ - 15 saat)
• Təchizat zəncirlərinin idarə olunmasına giriş (mühazirə - 30 saat)
• Statistika (mühazirə - 30 saat, məşğələ - 15 saat)
• Logistika sistemlərində və təchizat zəncirlərində simulyasiyalar (mühazirə -
15 saat, məşğələ - 15 saat, laboratoriya - 15 saat)
• Əməliyyatların idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat)
• Satınalma və gömrük (mühazirə - 30 saat, məşğələ - 15 saat)
• Risklərin idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat)
• Təchizat Zənciri idarəçiləri üçün maliyyə (mühazirə - 30 saat, məşğələ - 15 saat)
Yaz semestri:
• Xarici dil – II (məşğələ - 45 saat)
• Anbar ehtiyatlarının idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat)
• Akademik yazı və tədqiqat üsulları (mühazirə - 30 saat)
• Nəqliyyat prosesi və nəqliyyat növləri (mühazirə - 30 saat)
• Logistika sistemlərində riyazi modelləşdirmə (mühazirə - 30 saat, məşğələ - 15 saat)
• Logistika sistemlərində proqram təminatları (mühazirə - 30 saat, məşğələ - 15 saat)
Namizədlərə əsas tələblər aşağıdakılardır:
• Logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat
texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə,
mühəndislik, İnformasiya və Kommunikasiya Texnologiyaları sahələrində ən azı
magistr dərəcəsi
• Ən azı 1 illik pedaqoji təcrübə
• Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini
təqdim etməlidir
• Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanı

Maraqlanan şəxslər təfərrüatlı CV-lərini, diplomların surətlərini və iddia etdikləri fənn yaxud fənlər üzrə nümunəyə uyğun sillabus hazırlayıb 17 avqust 2022-ci il saat 17:00- dək [email protected], [email protected][email protected] elektron ünvanlarına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...