Bazar, 11 May, 2025

“Biznes analitik” vakansiyası


  • Dərc edildi: 28 Oktyabr, 2022 - 11:35
“Biznes analitik” vakansiyası

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Biznes analitik” vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri:
• Layihə çərçivəsində qurumlarla görüş və analitik müsahibələrin həyata keçirilməsi;
• Sahələr üzrə tələblərin müəyyən edilməsi, toplanılması və təhlil edilməsi;
• Tələblər əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin, sistem analiz, texniki tapşırıq və layihə planı sənədlərinin hazırlanması;
• Qurumun fəaliyyəti nəzərə alınmaqla müxtəlif istiqamətlərdə araşdırmaların aparılması və təhlillərin hazırlanması;
• Beynəlxalq təcrübədə baş verən inkişaf meylləri nəzərə alınmaqla araşdırmaların aparılması, təkmilləşdirilmə təkliflərinin verilməsi və prosesdə iştirakı;
• Şöbənin fəaliyyətinin təşkili üzrə normativ metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi prosesində iştirakı;
• Vəzifəsi üzrə departament və şöbə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;

Tələb olunan bilik və bacarıqlar:
• Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• Biznes proseslərinin analizi üzrə minimum 1 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili - əla, ingilis və ya rus dili - yaxşı
• Microsoft Office proqramlarını (Excel, Word, Visio, PowerPoint) yaxşı səviyyədə bilməli
• Balsamiq, Miro, Jira, Redmine kimi tətbiqlərdən istifadə etmə bacarığı arzuolunandır
• SDLC – Proqram təminatının həyat dövrü sahəsində baza biliklərinin olması

Fərdi keyfiyyət tələbləri:
• Nəticəyə əsaslanmaq, komanda işini və dinamikanı anlamaq, vaxtın idarəolunması bacarığı;
• Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı;
• Məsuliyyətli, diqqətli, təşəbbüskarlıq və işgüzarlıq bacarıqları;
• Strateji düşünmə və analitik təhlil bacarığı;

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində "Biznes analitik" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...