Bazar, 11 May, 2025

"Təchizat Sənədləşmələri üzrə Kiçik Mütəxəssis" vakansiyası


  • Dərc edildi: 29 İyun, 2024 - 21:34
"Təchizat Sənədləşmələri üzrə Kiçik Mütəxəssis"  vakansiyası

RAM Holdinq "Təchizat Sənədləşmələri üzrə Kiçik Mütəxəssis" axtarışındadır.



Namizədə olan tələblər:

·           Ali təhsil;
·           Azərbaycan dili səlis, ingilis dili bilikləri yaxşı səviyyədə olmalı;
·           Minimum 1 il iş təcrübəsi olmalı;
·           1C bilikləri orta səviyyədə olmalı.


Vəzifə öhdəlikləri:
·           Daxili sifarişə əsasən xarici satınalmalarla bağlı müqavilə və əlaqəli sənədlərin hazırlanması, təchizatçıya sifarişin verilməsi və izlənilməsi;
·           Tədarükçülərlə tələb olunan sənədlər və s. şərtlərlə bağlı danışıqların aparılması;
·           Tədarükçü ilə əldə edilmiş razılaşmaya və invoice sənədinə əsasən ödəniş şərtlərinə uyğun olaraq ödənişin mühasibatlıq tərəfindən icrasına nəzarət edilməsi;
·           Invoice və Packing listdə olan məlumatların yoxlanılması, idxal edilməsi məqsədi ilə sifarişin müvafiq logistika əməkdaşına təqdim edilməsi;
·           Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C-də müvafiq əməliyyatların icra edilməsi;
·           Təchiz olunan malların keyfiyyətinə nəzarət və kompensasiya məsələlərinin həll edilməsi;
·           Təchiz olunmuş mallarda uyğunsuzluq olarsa, kompensasiya prosesinin başlanılması və müvafiq struktura ötürülməsi.

İş şərtlərimiz:

·           Əmək haqqı: 731-842 AZN;
·           İş qrafiki : Həftə içi 5 gün;
·           İş saatları: 08:30-17:30;
·           İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat Sənədləşmələri üzrə Kiçik Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...