Bazar ertəsi, 12 May, 2025

"Özünü kəşf et" ustad dərsləri


  • Dərc edildi: 1 Fevral, 2023 - 11:34
"Özünü kəşf et" ustad dərsləri

Böyüklər üçün "Özünü kəşf et" ustad dərslərinin fevral proqramı 

1 fevral – Mövzu: Həndəsi kodlar

Tyutor: Hüseyn Haqverdiyev

Ustad dərsinin iştirakçıları kağız skotçdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaradacaqlar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan verəcək.

8 fevral – Mövzu: Relyef heykəltəraşlığı

Tyutor: Müşfiq Heydərov

Ustad dərsi ilk dəfə heykəltəraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verir.İştirakçılar öz unikalheykəltəraşlıq relyeflərini yaradacaqlar.

15 fevral – Mövzu: Tekstura və kollaj

Tyutor: Miraslan Zeyn

Ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunacaq. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradacaq və əsərlərinə müxtəlif fakturalar verəcəklər.

22 fevral – Mövzu: Rəngkarlıq fakturası

Tyutor: Bəhruz Kəngərli

Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.

Yaş həddi: 16+

19:00

 XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi

Qeydiyyat üçün: 050 251 41 15 (qeydiyyat vaxtı: çərşənbə axşamı – cümə, 11:00-18:00)

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 323
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 385
Xaricdə təhsil almaq...