Şənbə, 10 May, 2025

Sağlam Ailə tibb mərkəzində mühasib vakansiyası aktivdir


  • | Dərc edildi: 3 Aprel, 2025 - 20:22
Sağlam Ailə tibb mərkəzində mühasib vakansiyası aktivdir

Sağlam Ailə tibb mərkəzində mühasib vakansiyası aktivdir.


Vəzifə və öhdəliklər:


·      Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin dəqiq olmasının, müvafiq qanun və qaydalara mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
·      İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialın sisteminə işlənməsi;
·      Elektron Qaimə Faktura ilə bağlı əməliyyatları icra etmək;
·      Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
·      Bank və kassa əməliyyatlarının düzgün aparılması;
·      Bank hesabları üzrə yerli və xarici ödənişləri həyata keçirmək;
·      Alınmış və Ödənilmiş Avans ödənişlərini izləmək;
·      Kreditor və debitorlar ilə üzləşmələr aparmaq;
·      Mühasibat sənədlərini saxlamaq və qorumaq;
·      Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq;
·      Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək;
·      Baş mühasibin verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.


Namizədə olan tələblər:


·      Ali iqtisadi təhsil;
·      Aidiyyatı sahədə 1 il iş təcrübəsi;
·      MS Office və ERP proqramlarından istifadə etmək bacarığı; 
·      İnternet bankinq, E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
·      Punktual, diqqətcil və məsuliyyətli olmalı.


İş şərtləri:


·      İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00).
·      Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
·      Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
·      Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...