1 iyun 2024-cü il, saat 10:00-da Şəki şəhər N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində "Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” tədbiri keçiriləcək.
“Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbirin məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdləri bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarətdir.
Qeydiyyat linki: https://forms.gle/XUpJVGGXZhAQiLxN8
Son qeydiyyat tarixi: 30 may 2024-cü il.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb