Bazar, 11 May, 2025

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edildi!


  • Dərc edildi: 1 İyul, 2024 - 15:49
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edildi!

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edildi!

 

Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edildi. Sözügedən imtahanlar 21, 22, 23 iyun tarixlərində təşkil olunub.

Şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsində iştirak edərək lisey seçimi etməlidirlər. Qeyd edək ki, bu mərhələdə şagirdlərə 3 lisey seçimi hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil.

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər üçün 9 iyul saat 16:00-dək şagirdə uyğun müəssisələr arasından seçim edilməlidir. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 4 iyul saat 12:00 tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 321
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...