İİTKM-nin operatoru olduğu “Azexport” portalı “Azexport Talks” layihəsinə start verir. Layihə çərçivəsində e-ticarət, ixrac, logistika, rəqəmsal ödənişlər, həmçinin rəqəmsal iqtisadiyyatın digər sahələrini əhatə edən müxtəlif mövzular müzakirə olunacaq, iştirakçıların sualları cavablandırılacaq.
“Azexport Talks” layihəsinin bu həftə qonağı mərkəzi ofisi Türkiyədə yerləşən logistika şirkətinin həmtəsisçisi və icraçı direktoru Kemal Kayadır.
Onlayn görüşdə:
Görüş 14.01.2025-ci il saat 21:00-da onlayn keçiriləcək.
Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat linki:
https://forms.gle/mesCLRoHCDN9jjWa8
Qeyd edək ki, tədbirdə fəal iştirak edən e-ticarət şirkətlərinin nümayəndələrinə Amerika və Avropa depolarından güzəştli şərtlərlə istifadə imkanı təqdim olunacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb