- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
- Aylıq əmək haqqı tabellərinin hazırlanması, məzuniyyətlərin, xəstəlik vərəqələrinin, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
- Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
- Əmək haqqı kartlarının sifariş edilməsi;
- İşçilərin ilkin və dövrü tibbi müayinələrinin izlənməsi.
- Ali təhsil
- İR əməliyyatları üzrə minimum 1 il iş təcrübəsi (qeyd olunan vəzifə üzrə restoran sahəsində işləməsi əlavə üstünlükdür)
- Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi
- Sahə üzrə sertifikatların olması əlavə üstünlükdür.
5 günlük iş qrafiki;
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə 44
Nahar ödənişi ilə təmin edilmə
Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İR əməliyyatları üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb