Bazar ertəsi, 12 May, 2025

"Özünü kəşf et" ustad dərsləri


  • Dərc edildi: 29 Sentyabr, 2022 - 12:34
"Özünü kəşf et" ustad dərsləri

Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" sərgisinə həsr olunan "Özünü kəşf et" ustad dərslərinin bağlanış öncəsi son proqramı ilə tanış olun 

◽️5 oktyabr

19:00 (16+) – "Rəssamlıqda məna" – Soltan Soltanlı

Ustad dərsinin iştirakçıları kətan üzərində yağlı boya ilə primitivizm üslubunda portretlər çəkəcəklər, daha sonra isə portretlərə xüsusi elementlər əlavə edəcəklər. Bununla da iştirakçılar rəsmləri ilə öz niyyətlərini tamaşaçıya çatdıra biləcək və rəngkarlığın dərin mesajlar vermək bacarığını dərk edə biləcəklər.

◽️12 oktyabr

19:00 (16+) – "İdeya və ifadə" – Soltan Soltanlı

Ustad dərsində iştirakçılar kağız üzərində qrafika üslubunda işləməyi, həmçinin karandaş ilə fikirlərini ifadə etməyi öyrənəcəklər. Tədbir zamanı hər bir iştirakçı müəyyən edəcək ki, onun sadə xətlərlə çəkdiyi rəsmlər dərin fikirlər daşıya və güclü mesaj ifadə edə bilər.

📍XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, II mərtəbə

☎️Qeydiyyat üçün: 050 251 41 15 (çərşənbə axşamı-cümə, 12:00-18:00)

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 321
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...