Şənbə, 10 May, 2025

Bakıda 4SİM və “Binance Academy” tərəfindən kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək (ÖDƏNİŞSİZ)


  • | Dərc edildi: 14 Aprel, 2025 - 17:53
Bakıda 4SİM və “Binance Academy” tərəfindən kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək (ÖDƏNİŞSİZ)

Bakıda 4SİM və “Binance Academy” tərəfindən kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək (ÖDƏNİŞSİZ)



Kriptovalyuta və blokçeyn texnologiyalarına marağı olan şəxslər üçün unikal bir fürsət! 

4SİM və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzi/AİİM-nin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda 3 günlük intensiv "CryptoA2Z" təlimləri keçiriləcək.

Bu təlim proqramı kriptovalyutablokçeyn sahəsində biliklərini artırmaq istəyən, həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlimlər 2025-ci ilin aprel ayının 25, 26 və 27-i tarixlərində təşkil olunacaq.

Tədris proqramında əhatə olunacaq əsas mövzular:

- Kriptovalyuta nədir? Tarixi və əsas anlayışlar;
- Blokçeyn necə işləyir? (Desentralizasiya, tranzaksiyalar və s.);
- Binance ekosisteminə giriş;
- Kripto təhlükəsizliyi: Fırıldaqçılıqlardan necə qorunmalı?
- Memkoinlər, DeFi, NFT və Web3 haqqında ilkin məlumat;
- Öz kripto hesabınızı necə yaratmalı;
- Kriptonun real həyatda tətbiqi;
- Bu sahədə karyera imkanları və startap qurmaq.

Proqram interaktiv formada keçiriləcək – oyunlar, viktorinalar, sual-cavab sessiyaları və iştirakçılar üçün xüsusi həvəsləndirici tapşırıqlar nəzərdə tutulub. Təlimin sonunda aktiv iştirakçılar “Binance” şirkətindən hədiyyələr, platformada depozit fürsətləri və digər sürprizlərlə mükafatlandırılacaqlar.

Tədbirin məqsədləri:
- Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək;
- Yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirmək.

Təlim ingilis dilində keçiriləcək. Təlimin sonunda iştirakçılara rəsmi sertifikat təqdim ediləcək.

İştirak etmək istəyənlər üçün qeydiyyat linki:  LİNK

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 730
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...