StudyNet Xaricdə Təhsil sərgi-yarmarkasına qeydiyyat açıqdır!
StudyNet Group ilin ən genişmiqyaslı ödənişsiz Xaricdə Təhsil Sərgi yarmarkasına qeydiyyatı açıq elan edir!
Əziz gənclər!
Sizi StudyNet Group-un təşkilatçılığı ilə 11 mart Landmark Baku-da baş tutacaq ilin ən genişmiqyaslı ödənişsiz Xaricdə Təhsil Sərgi yarmarkasına dəvət edirik!
Studynet Group olaraq hər zaman tələbə və valideynlərin fikirlərini və istəklərini nəzərə alaraq dünyanın öndə gələn universitetlərini sərgiyə dəvət edirik.
Tədbirdə 100-dən çox beynəlxalq universitetlərin rəsmi şəkildə təmsil olunacağı sərgini ziyarət etməklə siz, Amerika, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən gələn universitet nümayəndələri ilə birbaşa görüşə, 2022-2026-cı illər üzrə Dövlət Proqramına daxil olan universitetlər, sizə uyğun proqram seçimi haqqında, eləcə də, təhsil haqqı, endirimlər, proqram üstünlükləri və xüsusi fürsətlər haqqında geniş məlumat alacaqsınız.
Giriş ödənişsizdir, qeydiyyatdan keçmək isə zəruridir!
Burada tələbələr ilə yanaşı valideynlər də universitetlər və məktəblər haqqında məlumat alaraq doğru seçim etmək fürsəti qazanırlar. Sərgi zamanı keçirilən interaktiv seminarlar zamanı vizual olaraq universitetlərlə tanış olub tam məlumat əldə etmək mümkündür.
Siz də "Xaricdə Təhsil" sərgisində iştirak edərək sizin üçün doğru olan universiteti seçməyə tələsin!
Sərgidə məlumat alacaqsınız:
🔗Tədbir proqramı ilə bağlı ətraflı məlumat əldə etmək və qeydiyyat üçün keçid edin: https://bit.ly/3E1EuEV
Rəsmi olaraq sərgidə iştirak edəcək universitet və məktəblərin siyahısı:
Qeydiyyat zəruridir. Daha ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
Sayt: https://sng.az/events/sng-xaricde-tehsil-sergisi-2023-1678536000
Instagram: https://www.instagram.com/studynet_group/
FB: https://www.facebook.com/Studynet.Group/
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb